!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üzeyr Simirov İŞİD-ə göndərdiyi müəzzininin Azərbaycana qayıdışına mane olur – Yeniləndi

!Reklam – Yazi

azerbaycan-dan-suriye-de-savasan-vatandaslarina-yeni-ceza-kanunuSuriyada növbəti dəfə azərbaycanlılar öldürülüb. Yenicag.az-a məlumat verən mənbənin sözlərinə görə, İŞİD-ə qoşulan Qobustan məscidinin müəzzini Zülfüqarov Şahəlinin 16 yaşlı oğlu Qamət (dindarlar Ayət deyə, çağırırlar) və qardaşı Xələf İŞİD-in “İslam ordusu” ilə döyüşləri zamanı öldürülüblər. Maraqlıdır ki, “İslam Ordusu” Əsədə qarşı vuruşsa da, İŞİD əslən suriyalı Adnan Ar-Urun yaratdığı və körfəz ölkələrindən dəstək alan bu qrupa düşmənçilik edir.

Məlumatda deyilir ki, oğlunu və qardaşını itirdikdən sonra Ş.Zülfüqarov həyat yoldaşı ilə birlikdə Bakıya qayıtmaq istəyir. Lakin onu və ailəsini Suriyaya göndərdiyi bildirilən və Qobustan məscidini tikdirən Üzeyr Simirovun onun Bakıya qayıdışına mane olmaq istəyir.  Zülfüqarovun bildiyi məlumatların başını ağrıdacağını bildiyi üçün hazırda Türkiyədə qalmasına çalışır.

Məlumatda qeyd olunur ki, Zülfüqarovlar Üzeyr Simirovun İŞİD-ə göndərdiyi tək ailə deyil. 1993-cü ildən radikal ərəblərlə əlaqədə olan və 2001-ci il, 11 sentyabrdan sonra Azərbaycanda fəaliyyəti qadağan olunan “Əl Harameyn” təşkilatı ilə işləyən Simirov uzun müddətdən bəri Türkiyə və ərəb ölkələrindəki radikal dindarlarla yaxın münasibətdədir. Onun “Əl-Qaidə” və İŞİD düşərgələrində təlim keçdiyi, hücrə evi qurmaqla bağlı böyük təcrübəyə malik olduğu bildirilir.

Qobustanda məscid tikmək adı altında ərəblərdən külli miqdarda pul alan Simirovun hazırda Qaradağ rayonunda güclü radikal dini təbliğat apardığı vurğulanır. Əhalisinin böyük əksəriyyəti xarici neft şirkətlərində, neft terminalında işləyən Qaradağ Azərbaycanın ən strateji rayonlarından sayılır. Maraqlıdır ki, belə bir mühim rayonda Üzeyr Simirov və oğlu Əhmədin radikal cihad təbliğatı aparması rayon rəhbərliyini narahat etmir.

Dünyəvi hakimiyyəti “tağut” yəni şeytanın hakimiyyəti adlandıran Simirovlar üçün Suriyada cihaddır və oraya getmək müsəlmanların borcudur.  Hətta oğul Simirovun xütbələrdə cihadı təbliğ etdiyi deyilir. Əhməd Simirovun radikal fikirlərinə görə, BP-dən qovulduğu və hazırda atasının tikdirdiyi məscidi idarə etdiyi bildirilir.

Konyada radikal çeçenlərlə əlaqədə olan Ü.Simirovun  Bursada əvvəl Çeçenistanda, daha sonra isə Suriyada döyüşən dağıstanlılarla münasibət qurduğu və bundan sonra Türkiyə Milli Kəşfiyyat Təşkilatı tərəfindən deşifrə edilərək, ölkədən deport olunduğu vurğulanır. Hətta MİT-in bu barədə Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə bu barədə məlumat verdiyi, fəqət Eldar Mahmudovun nazirliyinin buna əhəmiyyət vermədiyi söylənilir.

Türkiyəyə getmədən öncə radikal dindarlar Mübariz Qarayev, Əlixan Musayevlə ortaq işlədiyi də vurğulanır.

Simirovun digərlərindən ən böyük fərqi və təhlükəli olmasının əsas səbəbinin məsciddənkənar qruplaşmalar qurması, hücrə evi qurma üzrə professional  və inandırıcılıq qabiliyyətinin yüksək olması göstərilir.

Tanıyanlar hətta yalan maşınını belə çaşdıracaq təcrübəsinin olduğu söylənilir. Bu səbəbdən də o, “İŞİD-in canlı bombası” adlandırırlar.

Yenicag.az

COP29

www.yenicag.az

1844
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv