İraqın Müdafiə Nazirliyi İŞİD komandirinin ölümü barədə məlumat yayıb.
İraq Müdafiə Nazirliyi İŞİD-in kamikadzeləri hazırlayan komandiri Məhəmməd əl-Rauinin öldüyünü elan edib.
“Daxili İşlər Nazirliyinin kəşfiyyat qrupu terrorçu Məhəmməd Əbd Manaf əl-Rauinin Abu-Kamal şəhərində öldüyünü elan edir. Terrorçu yanvarın 7-də həyata keçirilən əməliyyat zamanı aldığı yaradan ölüb. Kəşfiyyat qrupu ölən terrorçunun Bağdadda kamikadzelərin hazırlanmasına cavabdeh olduğunu təsdiqləyib. Həmçinin o, partlayıcı qurğu quraşdırılmış maşınların Bağdad və Ramadi şəhərlərinə göndərilməsinə rəhbərlik edib”, -deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Əl-Raui beynəlxalq axtarışda olub.