İŞİD-lə mübarizə yolları müzakirə olunacaq

media-hightechnic-468x90

87333Böyük Britaniya XİN rəhbəri Filip Hemmond və ABŞ dövlət katibi Con Kerri yanvarın 22-də Londonda İŞİD ilə mübarizə koalisiyasının üzvlərinin toplantısını keçirəcəklər.

Yenicag qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Filip Hemmond “Daily Telegraph” nəşrinə müsahibəsində bildirib ki, görüşdə İŞİD-ə qarşı birgə mübarizənin bu vaxtadək əldə olunmuş nəticələrinə qiymət veriləcək: “Ərəb ölkələri də daxil olmaqla koalisiyanın tərəfdaşları Londonda keçiriləcək görüşdə İŞİD-in tam məhv edilməsi üçün mümkün addımları müzakirə edəcəklər”.

“Frans Press”-in məlumatına görə, danışıqlarda 20-dək ölkənin XİN rəhbəri iştirak edəcək. Məlumata görə, müzakirə 5 sahəni əhatə edəcək: əcnəbi silahlılar, İŞİD-ə qarşı hərbi əməliyyat, qruplaşmanın maliyyə mənbələri, strateji kommunikasiyalar və humanitar yardım.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa