İŞİD lideri əl-Bağdadi yaralanıb – KİV

media-hightechnic-468x90

el-bagdadi-300x170İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və terror qruplaşmasının komandirlərindən bir neçəsi İraq-Suriya sərhədində koalisiya qüvvələri tərəfindən endirilən avizərbərlər nəticəsində yaralanıb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ərəb mətbuatı məlumat yayıb.

“Al Sumaria” telekanalı bildirib ki, beynəlxalq koalisiya qüvvələri İŞİD-in İraq-Suriya sərhədində yerləşən qərargahına aviazərbələr endirib.

“Əldə edilən məlumatlara görə, qərargahda olan əl-Bağdadi və bəzi İŞİD komandirləri yaralanıb”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, əvvəllər də İŞİD liderinin yaralanması və ölməsi ilə bağlı xəbərlər yayılmış, lakin bu xəbərlər təsdiqini tapmamışdı.

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi İŞİD-ə 2014-cü ilin iyunundan rəhbərlik edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600