!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD siqareti qadağan etdi-Foto

!Reklam – Yazi

93461İŞİD terror təşkilatı Suriya və İraqda nəzarət altında saxladığı ərazilərdə yeni qadağalar qoyur.

Yenicag.az xəbər verir ki, bu barədə Amerikan Associated Press Agentliyi məlumat yayıb.

Yayılan məlumata görə, yeni qadağalar barədə İŞİD terrorçularının əlindən qaçaraq Türkiyəyə sığınan insanlar bildiriblər. Bildirilir ki, terrorçular küçələrdə insanların rahat şəkildə gəzməsinə mane olurlar. Onlar insanların necə hərəkət etmələri barədə xüsusi qaydalar tətbiq ediblər.

Bundan başqa, İŞİD şəriəti bəhanə edərək insanlar üçün xüsusi qadağa tərtib edib. “İslama görə, siqaret çəkmək haramdır”, deyən terrorçular insanları tək-tək yoxlayırlar. Terrorçular insanları küçədə saxlayır və ağızlarını iyləyirlər. Ağzından siqaret iyi gələn kəsləri isə xüsusi amansızlıqla cəzalandırırlar. Siqaret çəkənlərə 20 qamçı zərbəsi vururlar.

Bundan başqa, İŞİD-in tətbiq etdiyi qaydaya görə, insanlar musiqiyə qulaq asmamalıdırlar. Musiqi səsləndirən insanlara 20, onu dinləyənlərə isə 10 qamçı zərbəsi vururlar.

Terrorçular bölgələrdə mövqeylərini bərkitmək və əhalini özlərinə tabe etmək üçün onlara kredit verirlər. Nağd pula ehtiyacı olan insanlar üçün xüsusi imtiyazlarla kreditlər verilir. Sonradan pulu qaytara bilməyənləri isə öz sıralarına dəvət edirlər və onlara xüsusi işlər təklif edirlər.

 

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv