İŞİD vahiməsi yaxınlaşır: kürdlər xəndək qazır
İraq Kürd Regional Rəhbərliyi (IKBY) İŞİD silahlı qruplarına qarşı torpaqlarını qorumaq üçün 1050 kilometrlik sərhəd xətti boyunca dərinliyi 2-3 metrə çatan xəndəklərin qazılmasına başlayıb.
İraq ordusu geri çəkildikdən sonra Mosul, Diyala, Ənbar, Səlahəddin və Təlafər ilə Kərkükün bəzi kəndlərini ələ keçirən İŞİD terrorçuları kürd sərhədlərinə yaxınlaşdığından ehtiyat tədbirlərinə əl atılıb.
Verilən məlumatlarda Kürd bölgəsinin mərkəzi İraq hökuməti ilə 15, İŞİD ilə 1050 kilometrlik bir sərhəd xəttinin meydana gəldiyi bildirilir.
Xəndəklərin qazılmasına Ərbil-Mosul sərhədi ilə Kərkük və Duhok ətrafından başlanılıb.