“Görünməyən” işıqforlar qayda pozuntularının artmasına və qəza vəziyyətlərinin yaranmasına səbəb olur”.
Bu fikirləri yol nişanları və işıqforların sürücülər üçün görüntüsü çətin olan yerlərdə quraşdırılmasından yaranan problemlərə toxunan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, paytaxtın bəzi ərazilərində ağac budaqları yol nişanlarının, o cümlədən işıqforların görünməsinə mane olur.
“İşıqforlar yol hərəkəti qaydaları üçün mühüm vasitədir. İşiqforların işləməməsi və görünməməsi sürücülər üçün problemlər yaradır.
Təcrübəmə və müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, işıqforların yaşıllıqların arasında “itməsi”, xüsusilə, gecə vaxtı daha çox təhlükəlidir.
Qəza risklərini azaltmaq, eyni zamanda, vətəndaşların cərimələnməsinə səbəb olan halları azaltmaq üçün bu problemlər aradan qaldırılmalı və yol nişanlarının nizamlanmasına nəzarət edilməlidir”.
Nuray Məmmədzadə
www.yenicag.az