“İşıqlı həyat” layihəsi uğurla davam edir-Fotolar

media-hightechnic-468x90

unnamed (1)2013-cü ilin aprelindən reallaşdırılan irimiqyaslı “İşıqlı həyat” sosial layihəsi uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon İcra Hakimiyyəti, Nərimoanov rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfindən keçirilən layihənin növbəti mərhələsi Nərimanov rayonunda yerləşən məktəblərdə baş tutmuşdur.

Layihənin baş koordinatoru Tuğay Kərimovun sözlərinə görə, artıq Nərimanov rayonunun 34, 36, 37, 39, 45, 47, 57, 82, 177 və 304 nömrəli tam orta məktəblərində “İşıqlı həyat”ın təqdimatı keçirilib. “Təqdimatlar zamanı biz şagirdləri havanın qaranlıq vaxtı baş verə biləcək yol hərəkət hadisələri ilə bağlı məlumatlandırır, onlara xüsusi hazırlanmış “İşıqlı həyat” layihəsinin işıqqaytarıcılarını pulsuz paylayırıq” – deyə, Tuğay Kərimov bildirib.

“Qaranlıqda görün!” şüarı altında keçirilən layihənin əsas məqsədi gecə saatlarında baş verə biləcək yol hərəkət hadisələrinin və insan tələfatının qarşısını almaqdır.

Hörmətlə,

Məcid Musayev
ATGTİ – nin mətbuat katibi

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600