“İslahatçı Gənclər” İstanbulda “Xocalıya Ədalət” həftəsi keçirib – FOTOLAR

media-hightechnic-468x90

xocaliii«İslahatçı Gənclər” İctimai Birliyi İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Xocalı soyqrımının 23-cü ildönümü münasibətilə Türkiyəninin İstanbul şəhərində “Xocalıya Ədalət” həftəsi keçirib. Birliyinin ictimaiyyətlə əlaqələr katibliyinin məlumatına görə, həftəlik çərçivəsində Türkiyənin Yeni Yüzyıl, Kadir Has, Beykent universitetlərində Xocalı soyqrımına hüquqi, tarixi və beynəlxalq münasibəti əks etdirən konfranslar təşkil olunub. Konfranslarda «İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, İstanbul Türk Ocağı Gənclik Qolları başqanı Mustafa Oğuz Yavaşca, Əməkdar artist Aybəniz Haşımova, Xocalı faciəsinin canlı şahidləri Xəzangül Əmirova, Nicat Həsənov və digər türkiyəli ekspertlər çıxış ediblər.

Daha sonra İstanbulun SultanAhmed meydanında Xocalı dəhşətlərini əks etdirən fotosərgi gerçəkləşdirilib. Fotosərgidə Türkiyə vətəndaşlarına və xarici qonaqlara Xocalı dəhşətləri haqqında məlumat verilib, ingilis və türk dillərində mindən çox məlumat vərəqi paylanılıb.

İstanbul Türk Ocağında baş tutan bağlanış mərasimində isə “Xocalıya Ədalət” həftəsinə yekun vurulub.

DSC_0041

DSC_0103

DSC_0637

DSC_0651

DSC_0691

DSC_0709

DSC_0714

DSC_0790

DSC_0849

DSC_0031

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600