İslamiada: Azərbaycana 14-cü qızılı Mehdiyev qazandırdı

IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycan daha bir uğura imza atıb.

Yeniçağ.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev qızıl medal qazanıb. O, buna finalda Əlcəzairdən olan Abderrahman Benamadini məğlub etməklə nail olub.

Təmsilçimiz rəqibinə ippon fəndi ilə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycanın sayca 14-cü qızıl medalıdır.

Yeniçağ.Az