PSJ bunu bacaran ilk Fransa klubu oldu

media-hightechnic-468x90

PSJ klubu Fransa futbolunun tarixinə düşüb.

Yenicag.az “Opta”ya istinadən xəbər verir ki, Paris təmsilçisi 1992/1993 mövsümündə formatı dəyişdikdən sonra UEFA Çempionlar Liqasının finalına iki dəfə yüksələn ilk Fransa klubu olub. PSJ daha əvvəl – 2020-ci ildə almaniyalı məşqçi Tomas Tuhelin rəhbərliyi altında finala yüksəlmişdi.

“Marsel” 1991 və 1993, “Reyms” 1956, 1959-cu illərdə köhnə formatda keçirilən turnirin finalında oynayıb.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq. Görüş mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600