İslamiada: Millimiz çempion oldu

IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında həndbol yarışına yekun vurulub.

Yeniçağ.Az xəbər verir ki, finalda Azərbaycan və Türkiyə milliləri üz-üzə gəlib. İlk hissəni 14:11 hesabı ilə öndə bitirən yığmamız, matçın qalan hissəsində də rəqibindən üstün olub – 28:26.

Bu nəticədən sonra həndbol millimiz “Baku-2017″ni major notlarla başa vurub.

Yeniçağ.Az