Qəbələdə güllə atıcılığı üzrə keçirilən Dünya Kuboku davam edir.
Yenicag.az xəbər verir ki, növbəti yarış günündə də medal qazananlar sırasında Azərbaycan təmsilçiləri olmayıb.
Ən biabırçı nəticəni isə 50 metr məsafəyə atəş açmada Rəhim Rəhimov göstərib. O, 55 atıcının mübarizəsində sonuncu pillədə qərarlaşıb.
İslamiadada 5 qızıl medal qazanan Ruslan Lunyov isə 25 metr məsafəyə atəş açmada 15 atıcı arasında 9-cu olub. Bununla da Lunyov finaldan kənarda qalıb.
Qeyd edək ki, bu, Ruslanın İslamiadadan sonrakı ilk uğursuzluğu deyil. Atıcımız Almaniyada təşkil olunan güllə atıcılığı üzrə Dünya Kubokunda 25 metr məsafədən sürətli atəş açmada 11-ci olmuşdu.
www.yenicag.az