2023-cü ildə 17 362 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Bununla bağlı Yenicag.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 5610 nəfəri qadınlar, 2973 nəfəri gənclər, 1246 nəfəri məcburi köçkünlər, 339 nəfəri şəhid ailəsi üzvləri, 312 nəfəri cəzaçəkmə müəssisəsindən azad olanlar, 74 nəfəri isə ünvanlı sosial yardım alan şəxslərdir.
Ötən il də özünüməşğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla “Məşğulluğa dəstək layihəsi”, “Özünüməşğulluğa dəstək”, “Səyyar kofe evləri”, Həmkarlar İttifaqları ilə özünüməşğulluğa dəstək, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı”, “Potensial ABAD-çılara dəstək”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023”, “Qarabağ KOB-ları” layihələri də icra edilib. Ümumilikdə bu layihələrə 923 şəxs cəlb olunub.
Həmçinin, proqramın əhatə dairəsi daha da genişləndirilərək 13 yeni zərf yaradılıb,18 zərfin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib.
www.yenicag.az