İsmayıllıda iki avtomobil toqquşub

media-hightechnic-468x90

Qezada-sinmish-padpres-180912İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

Hadisə avqustun 20-də saat 10 radələrində İsmayıllı rayonunun Topçu kəndində qeydə alınıb.

Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Nəticədə 1975-ci il təvəllüdlü İ.Azayev hadisə yerində dünyasını dəyişib, sərnişinləri – Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini – Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib. 1985-ci il təvəllüdlü Cavid Azayev orada dünyasını dəyişib.

Qəza nəticəsində ölənlərin əminəvəsi olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

İsmayıllıda iki avtomobil toqquşub

media-hightechnic-468x90

publika.az140063740144170Qaraməryəm-İsmayıllı yolunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib.

Hadisə yolun 10-cu kilometrliyində, Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

“VAZ 2106” və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində Kürdmaşı kənd sakinləri – 1975-ci il təvəllüdlü Cəbiyev Zaur Həsən oğlu və 1990-cı il təvəllüdlü Cəbiyev Elxan İrik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600