İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin Birləşmiş Millətlər Təşkilatının qərarı ilə yaradıldığını unutmamalıdır.
Yenicag.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Nazirlər Şurasının qapalı iclasında deyib.
“Cənab Netanyahu unutmamalıdır ki, onun ölkəsi Birləşmiş Millətlər Təşkilatının qərarı ilə yaradılıb və buna görə də BMT-nin qərarlarını həyata keçirməkdən çəkinməməlidir”, – deyə Makron BMT Baş Assambleyasının 1947-ci ildə Fələstinin müstəqil ərəb və yəhudi dövlətlərinə bölünməsini dəstəkləyən qətnaməsinə istinad edib.
Netanyahu Makronun şərhlərinə qarşı çıxıb və deyib ki, ölkə BMT-nin qərarı ilə deyil, 1948-ci ildə Müstəqillik Müharibəsində qurulub./unikal
www.yenicag.az