!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail kəşfiyyatı İrana bağlı iki nəfəri ƏLƏ KEÇİRDİ – FOTOLAR

!Reklam – Yazi

İsrail xüsusi təyinatlılarının Livanın şimalında və Suriyanın cənubunda həyata keçirdiyi iki əməliyyatın görüntüləri yayılıb.

Yenicag.az yerli “Kanal 13” televiziyasına istinadla xəbər verir ki, ilk əməliyyat zamanı “Şayetet 13” (donanma) xüsusi təyinatlıları Beyrutun 41 km-də yerləşən Batroun şəhərinin sahilinə enib.

Məlumata görə, sahil yaxınlığında yerləşən binada ticarət gəmisinin kapitanı, “Hizbullah” qruplaşmasının dəniz komponenti ilə əlaqəli olan İmad Amhaz ələ keçirilib.

Qeyd olunur ki, Amhazı ələ keçirdikdən sonra xüsusi təyinatlı dəstə qayıqla Batrounu tərk edib.

Bildirilir ki, ikinci əməliyyatı isə “Egoz” xüsusi təyinatlıları Hərbi Kəşfiyyat İdarəsinin 504-cü bölməsinin xüsusi təyinatlılar qrupuna təyin edilmiş mütəxəssisləri ilə birgə Suriyanın Dəra regionunun Səidə kəndində həyata keçirib. Əməliyyat nəticəsində İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) üçün Qolan təpələrində kəşfiyyat məlumatları toplayan suriyalı Əli Süleyman əl-Asi ələ keçirilib.

Rafi Müslümov

COP29

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv