İsrail ordusu Livanda “Hizbullah”ın yüzlərlə obyektini vurdu

media-hightechnic-468x90

İsrail ordusu ötən həftə ərzində Livan ərazisində fəaliyyət göstərən “Hizbullah” təşkilatına məxsus 650-dən çox obyekti vurduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Livanın cənub bölgələrinə endirilən zərbələr nəticəsində “Hizbullah”ın 125-dən çox üzvü öldürülüb.

Məlumata görə, zərbələr əsasən təşkilatın hərbi infrastrukturuna və silahlı dəstələrinin yerləşdiyi mövqelərə yönəlib.

Qeyd edək ki, aprelin 17-dən etibarən İsrail ilə Livanın cənubunda fəaliyyət göstərən “Hizbullah” silahlı dəstələri arasında formal atəşkəs rejimi qüvvədədir. Buna baxmayaraq, tərəflər arasında Livan-İsrail sərhədi boyunca qarşılıqlı hücumlar davam edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05