İsrail ordusu Suriyanın cənubunu atəşə tutdu

media-hightechnic-468x90

İsrail ordusu Suriyanın cənubundakı Əl-Quneytra vilayətinin bir neçə rayonunu artilleriya qurğularından atəşə tutub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, mərmilər Əl-Mantara bəndinin yaxınlığı, həmçinin iki qəsəbəyə düşüb. Atəş nəticəsində dinc əhali arasında itki olmayıb.

Günün ikinci yarısında İsrail təyyarələri Suriyanın cənub ərazisi üzərində intensiv kəşfiyyat uçuşları həyata keçirib.

Təyyarələr Dəraa şəhəri və onun ətrafında müşahidə olunub, yerüstü hədəflərə zərbələr endirilməyib./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05