İsrail şirkəti Qüdsün erməni məhəlləsinin bir hissəsinin azad edilməsini tələb edib.
Yenicag.az xəbər verir ki, bu barədə ermənilər Facebook-da məlumat veriblər. Qüdsdə “Xana Capital” şirkətinin nümayəndələri erməni məhəlləsinə gələrək ermənilərin oranı tərk etmələrini tələb ediblər.
“Xana Capitalın nümayəndələri Denni Rotman və Corc Uorvar 15-ə yaxın silahl İsrailli və xidməti itlərlə gələrək oranı öz torpaqları adlandırıblar, ermənilərin oradan çıxmasını tələb ediblər”, – məlumatda deyilir.
Hərəkat liderlərinin dediyinə görə, Uorvar erməniləri hədələyərək “onlarla bir-bir məşğul olacağını” deyib.
“İsraillilər də aqressivlik nümayiş etdirərək bəyan etdilər ki, Məsih gələndə ermənilərin hamısı öləcək”, – məlumatda bildirilir.
Erməni icmasının 200-ə yaxın üzvü hərəkatın liderləri Akop Cernazyan və Setraq Balyan, habelə Qüds Patriarxı Nurxan Manukyanla birlikdə hadisə yerinə gələrək münaqişənin qızışmasının qarşısını alıblar.
Xatırladaq ki, iyun ayında Jernazyan BBC-nin Rus xidmətinə demişdi ki, Qüdsdəki erməni məhəlləsinin bir hissəsi yəhudi əsilli adı çəkiləməyən avstraliyalı iş adamına 99 il müddətinə icarəyə verilir.
Noyabrın 1-də Qüds Erməni Patriarxlığı məhəllənin “İnək bağı” hissəsinin onlara verilməsi ilə bağlı torpaq müqaviləsinin ləğv edildiyini elan edib.
Xuraman Etibarlı
www.yenicag.az