İsrail rəsmiləri Qəzzanın ələ keçirilməsi planını müzakirə etdilər

media-hightechnic-468x90

İsrailin müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi Eyal Zamir və yüksək rütbəli zabitlər Qəzza şəhərinin ələ keçirilməsi planlarını müzakirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu görüş HƏMAS-ın dünən atəşkəs təklifini qəbul etdiyini bəyan etməsinə baxmayaraq, keçirilib. Əgər girovların azad olunması ilə bağlı atəşkəs razılaşması əldə olunarsa, Qəzza şəhərinə hücum planının dayandırıla biləcəyi bildirilir.

İsrail rəsmilərinin sözlərinə görə, plan, ilk növbədə, Qəzzanın cənubunda humanitar infrastrukturun qurulmasını, o cümlədən son günlər ərzində zolağa çadır və digər sığınacaq avadanlıqlarının daxil edilməsini nəzərdə tutur.

Daha sonra İsrail ordusu Qəzza şəhərindəki təxminən bir milyon sakinə 7 oktyabr 2025-ə qədər ərazini tərk etmələri barədə xəbərdarlıq edəcək. Bu tarix HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümünə təsadüf edir.

Evakuasiyadan sonra isə İsrail ordusu Qəzza şəhərinə quru hücumu başlayacaq və ərazini mühasirəyə alaraq qalan HƏMAS döyüşçülərini zərərsizləşdirməyə çalışacaq.

Əməliyyat ərəfəsində onminlərlə ehtiyat hərbçinin orduya çağırılacağı bildirilsə də, onların hamısının Qəzzaya göndərilib-göndərilməyəcəyi hələ dəqiq deyil. Hərbi rəhbərlik ehtiyat qüvvələrin bir qisminin digər cəbhələrdə xidmətdə olan əsgərlərlə əvəzlənəcəyini qeyd edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa