İsrail uçuşları qismən bərpa etdi

media-hightechnic-468x90

Təl-Əvivin Ben Qurion hava limanı əməliyyatların davam etməsi fonunda mülki uçuşlar üçün qapılarını qismən açıb.

media-banner_tuq

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sərnişin daşıyan ilk reyslər artıq ölkəni tərk etməyə başlayıb.

Hava limanının mətbuat xidməti də fəaliyyətin mərhələli şəkildə bərpa olunduğunu bildirib:

“Hava limanı uçuşlar üçün qismən fəaliyyətini bərpa edib. Aviasiya orqanları hər uçuş üçün sərnişin kvotasını 70-dən 100 nəfərə qədər artırıb”.

Məlumata görə, hazırda uçuşlar yalnız İsrailin yerli aviaşirkətləri – “El Al”, “Israir” və “Arkia” tərəfindən həyata keçirilir.

Xatırladaq ki, ABŞ və İsrailin əməliyyatları və Fars körfəzindəki bazalara endirilən cavab zərbələri fonunda İsrail hava məkanı martın əvvəlindən təhlükəsizlik səbəbindən tamamilə qapadılmışdı./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05