İsraildən Hizbullahı sarsıdan sui qəsd
İsrail, Suriyanın cənub-qərbində yerləşən Golan təpələrində Hizbullaha aid avtomobili vurub. Avtomobildə olan İranın Suriyadakı sahə komandiri Əbu Ali Tababtabi və Hizbullahın mühüm komandanlarından Cihan Mugniyyə ilə bərabər 6 əsgər həyatını itirib.
İsrail mediası bu hadisə ilə bağlı “İsrailə hücuma hazırlaşan, terroristlərin hədəf alındığı” xəbərini yayıb. Digər tərəfdən Hizbullah tərəfi verdiyi açıqlamada vurulan avtomobildə ölənlərin ailələrinə məlumat verildiyi bildirilib və onların hər hansısa hücum hazırlığında olmadıqları, sadəcə reydə çıxdıqları bildirilib.
Qeyd edək ki, Cihad Mugniyanin atası İmad Muğniyə Hizbullahın kəşfiyyat şəbəkəsinin qurucusu olub və 2008-ci ildə İsrail tərəfindən sui- qəsdi nəticəsində öldürülüb.