İsraildən ŞOK ARAŞDIRMA: “Pfizer” vaksini hansı xəstəliyə səbəb olur?

Yeni növ koronavirusla mübarizədə ən təsirli vasitənin vaksinləmə olduğunun insanlara aşılanması prosesi dava edərkən İsraildə aparılan araşdırma vaksinlə bağlı yeni nəticə ortaya çıxarıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İsraildə yerləşən altı tibb mərkəzinin birlikdə apardığı araşdırmalar nəticəsində koronavirus əleyhinə vaskin olan “Pfizer”in göz iltihabına yol açdığı məlum olub.

Vaksinin iki dozasını da olmuş şəxslərdə gözün üvea adı verilən təbəqəsinin iltihabı üveitin təsbit edildiyi bildirilən araşdırmada xəstəliyin uyğun müalicə ilə aradan qaldırıldığı qeyd edilib.

Araşdırma rəhbəri professor Habot Uilner insanların əks-təsirə rəğmən, yenə də vaksin olunmalarını tövsiyyə edib.

COP29