!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailə qarşı yeni MÜSƏLMAN KOALİSİYASI: “Türkiyə münaqişəyə birbaşa müdaxilə etməsə...”

!Reklam – Yazi

“Tel-Əviv pis və ən pis variantlar arasında seçim etmək məcburiyyətindədir”.

Bu fikirləri İsrail-HƏMAS toqquşması fonunda Yəmənin İsrailə müharibə elan etməsi və proseslərin mümkün inkişafını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, fövqəldövlətlərin qarşılıqlı razılaşması ilə İsrail hakimiyyəti ambisiyalarından geri çəkilməsə, qarşıdurmanın miqyası daha da böyüyəcək:

“Unutmayaq ki, Yəmən sabit və yekcins ölkə deyil. Oradakı mövcud hakimiyyət BMT tərəfindən tanınsa da, husilərin legitim hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanı ilə apardığı silahlı mübarizə nəticəsində ölkənin paytaxtı onların nəzarətinə keçib. Ona görə də, husilərin İsrailə müharibə elan etməsini Yəmən dövlətinin qərarı kimi də qəbul etmək olar.

Bununla belə, Yəmənlə İsrailin quru sərhədləri olmadığından, sonuncunun ərazisinə raket zərbələri endirir. Tək İsrailin hava hücumundan müdafiə qüvvələri deyil, həmçinin bölgədə yerləşən ABŞ-nin 5-ci donanması da husilərin raket zərbələrinin qarşısını almağa çalışır.

Husilər vahid düşmənə qarşı birləşmək yolunu seçərək həm müsəlman, ümumərəb həmrəyliyi, həm də İsrail əleyhinə vahid cəbhənin yaradıldığını göstərməyi hədəfləyiblər. Belə bir şəraitdə Səudiyyə Ərəbistanı husilərlə nəinki müharibə etməyəcək, əksinə, yeri gəlsə, onlara yardım edəcək. Bu artıq İsrailə qarşı bir başlanğıc kimi qiymətləndirilə bilər.

İsrail indi elə bir vəziyyətdədir ki, nə hücum edə, nə də passiv qala bilir. Yəni Tel-Əviv pis və ən pis variantlar arasında seçim etmək məcburiyyətindədir. İsrailin millətçi hakimiyyətinin ambisiyası böyükdür. Özünün bütün uğursuzluqlarını ört-basdır etmək üçün Qəzzaya dəhşətli hava hücumlarından sonra quru əməliyyatlarına da başlayıb.

Husilərin ilk addımı qığılcım olacaq. İran özü bu kampaniyaya bilavasitə qoşulmasa da, onun nəzarətində olan “Hizbullah”ın orada iştirakı kifayət qədər realdır. Fövqəldövlətlərin qarşılıqlı razılaşması ilə İsrail hakimiyyəti ambisiyalarından geri çəkilməsə, qarşıdurmanın miqyası daha da böyüyəcək.

Çünki hiss olunur ki, Rusiyanın da bu münaqişədə öz maraqları var. HƏMAS-ın əsas sponsoru geniş maliyyə imkanlarına malik olan Qətərdir. Bundan əlavə, Türkiyə amilini də nəzərə almaq lazmdır. Ankara da münaqişəyə birbaşa müdaxilə etməsə belə, antiİsrail koalisiyasına mütləq dəstək verəcək.

O baxımdan, bütün bunları gözə alaraq toqquşmaların miqyasının böyüməməsi üçün İsrailə təzyiq göstərilməli və atəşkəsə nail olunmalıdır. Əks halda, böyüyən savaş hətta İsrail dövlətinin yer üzündən silinməsi ilə nəticələnə bilər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv