İsrailin 24-cü kanalında Xocalı faciəsinə aid süjet göstərildi

media-hightechnic-468x90

israil_833215109İsrailin ingilis, ərəb və fransız dillərində xəbərlər yayan beynəlxalq 24-cü xəbər kanalında Xocalı soyqırımına həsr edilmiş süjet göstərilib:

http://www.i24news.tv/en/mobile#replay/56/4088166615001

Yenicag.az AzerTac-a istinadən xəbər verir ki, telekanalın jurnalistləri məxsusi olaraq Xocalı soyqırımının tarixi barədə veriliş hazırlamaq üçün Bakıya gəliblər. Onlar qeyd ediblər ki, keçən cümə axşamı yüz minlərlə insan Bakıdakı Xocalı meydanında toplaşaraq 23 il bundan əvvəl Azərbaycanın bu şəhərində baş vermiş kütləvi qırğının qurbanlarının xatirəsini ehtiramla yad ediblər. İsrailli jurnalistlər deyiblər: “Azərbaycan xalqı üçün Xocalı bu ölkə ilə onun qonşusu Ermənistan arasında davam edən münaqişə barədə xatırlatmadır”.

Məcid Musayev: “Bu gün biz dünya birliyini Xocalıda törədilmiş soyqırımını tanımağa və gələcəkdə dünyanın heç bir yerində bu cür dəhşətli soyqırımı aktlarının bir daha təkrarlanmaması üçün ona qarşı mübarizə aparmağa çağırırıq”.

Reportajda qeyd edilir ki, 1992-ci ildə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini mühasirəyə almış və ətraf aləmdən təcrid etmişdir. Reportajda deyilir: “Ermənilər Xocalının dinc sakinlərinə vəd etmişdilər ki, əgər bu insanlar şəhəri tərk etsələr, onlara təhlükəsiz humanitar dəhliz veriləcək. Lakin Xocalının dinc sakinləri şəhəri tərk edib oradan qaçmağa başlayanda erməni silahlı qüvvələri və 366-cı motoatıcı alayın nümayəndələri Xocalının günahsız dinc sakinlərinə amansızcasına atəş açıblar. Qorxu və vahimə içində olan dinc əhali, o cümlədən qadınlar, qocalar və uşaqlar erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib”.

Xatirə Orucova: “Bu kütləvi qırğında mən həm atamı, həm də anamı itirdim. Mənim kimilər çox olub. Mən bütün dünyanı Xocalı soyqırımını tanımağa çağırıram”.

Məşhur hərbi fotoqraf Reza Deqati həmin kütləvi qırğından bir neçə gün sonra Xocalıda olmuş yeganə jurnalist idi. Yaxınlarını itirmiş ailələr bu insanları tapmağı və tanımağı xahiş edirdilər. Reza Deqati Xocalıda kütləvi qırğının dəhşətli mənzərələrini hələ də sarsıntı ilə xatırlayır: “Xocalıda gördüyüm mənzərə dəhşət idi. Bu, azərbaycanlılara qarşı əsl kütləvi qırğın idi”,

Verilişin aparıcısı Lüsi Axariş deyib ki, Azərbaycan xalqı Xocalı soyqırımının 23-cü ildönümü qeyd edir. Azərbaycanlılar 600-dən çox adamın vəhşicəsinə qətlə yetirildiyi bu faciəni soyqırımı kimi səciyyələndirirlər. Bu gün meydana gəlmiş insanlar üçün soyqırımı Xocalıda məhv edilmiş insan həyatlarının sayı ilə deyil, dəyəri ilə müəyyən edilir.

1994-cü ildə Rusiyanın vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan atəşkəs rejiminə riayət edilməsi barədə razılığa gəldilər, lakin Azərbaycan mövqeləri hələ də atəşə tutulur, nəticədə həm hərbi qulluqçular, həm də sərhədyanı rayonların dinc sakinləri həlak olur.

Azərbaycan Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov: “Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Sual olunur: necə olur ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir, bizim ərazilərimizi 23 il ərzində işğal altında saxlayan Ermənistan barəsində isə hər hansı sanksiyalar tətbiq edilməsi barədə heç kəs heç nə demir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600