İsrailin hava zərbələrində 34 fələstinli HƏLAK OLDU – Uşaqlar da VAR

media-hightechnic-468x90

Bu gün səhər saatlarında İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 34 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Ölənlər arasında uşaqların da olduğu bildirilir.

Yenicag.az “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, məcburi köçkünlərin sığındığı çadırlar və yaşayış məntəqələri hücumların birbaşa hədəfi olub.

İsrail hərbi təyyarələri Qəzzanın cənubundakı Xan Yunis şəhərinin Mavasi bölgəsindəki çadır düşərgələrini bombalayıb. Hücum nəticəsində üçü uşaq olmaqla səkkiz nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Digər bir hücum isə Qəzza zolağının mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsində baş verib. Burada bir mənzil və qəhvəxananın hədəf alınması nəticəsində üç fələstinli həyatını itirib.

Yerli mənbələr, İsrailin son günlərdə həyata keçirdiyi hücumların məcburi köçkünlər və mülki əhali arasında ciddi itkilərə səbəb olduğunu, infrastrukturun isə praktiki olaraq dağıldığını bildirir.

Qeyd edək ki, son aylarda Qəzzada humanitar vəziyyət daha da ağırlaşıb. Qida, su, tibbi ləvazimat və sığınacaq ehtiyacı kritik həddə çatıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600