İsrailin KÜRD PLANI: Regionu kimlər və niyə qarışdırır?

media-hightechnic-468x90

“İsrail kürdləri Yaxın Şərqdə ayaqlandırmaqla bölgədə varlığını qorumağa çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-turan_rzayevvv

Politoloq Yaxın Şərqdə son günlər intensivləşən kürd hərəkatlarından söz açaraq, İsrailin bu qüvvələrdən Türkiyə, İran və Suriyaya qarşı bir “qalxan” kimi istifadə etmək niyyətini önə çəkib:

“Kürdlərin regiondakı aktivliyi inanılmaz həddə çatıb. İraqda artıq de-fakto dövlət statusuna malikdirlər. Suriyada hökumət qüvvələri YPG və PYD-yə ciddi zərbələr vursa da, prosesin tam yekunlaşacağını düşünmürəm. İranda da son aksiyalar fonunda kürdlər ciddi silahlı müqavimət göstərdilər, hətta İraqın şimalından bölgəyə ciddi silah ötürüldü”.

Turan Rzayevin sözlərinə görə, Türkiyədəki vəziyyət digər ölkələrdən daha qəlizdir. O, terror təşkilatının transformasiya keçirdiyini vurğulayıb:

“Türkiyədə artıq PKK çox fərqli formaya keçib; o, artıq ölkənin siyasətində, mədəniyyətində və elm camiəsindədir. Sanki bütün damarlara sızmış bir bəla halına gəlib. Təəssüf ki, davam edən ‘çözüm süreci’ çərçivəsində atılan addımlar prosesi daha da qarşısıalınmaz həddə gətirib çıxarır. Faktiki olaraq hadisələr 90-cı illərin əvvəllərinə doğru gedir  o dövrdə Diyarbəkir və ətraf bölgələrdə yerli türklər sıxışdırılır, ərazi ‘Kürdüstan’ adlandırılırdı. Bu gün proses yenidən həmin nöqtəyə doğru sürətlənir”.

Politoloq qeyd edib ki, regionun siyasi xəritəsini dəyişmək cəhdlərinin arxasında birbaşa İsrail dayanır:

“Kürdlər Türkiyənin şərqi, Suriyanın şimal-şərqi, İraqın şimalı və İranın şimal-qərbini əhatə edən “Böyük Kürdüstan” qurmaq istəyirlər. Bu ideyanın müəllifi İsraildir. Onlar regionun xəritəsini yenidən cızmaq istəyirlər. Bununla İsrail həm regiondakı varlığını qorumaq, həm də genişlənmə siyasətini kürd faktoru üzərindən həyata keçirməyə çalışır”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa