İstanbul danışıqları yenə NƏTİCƏSİZ QALDI – “Rusiyanın maksimalist tələbləri ilə barışmayan Ukraynadır”

media-hightechnic-468x90

“Rusiya və Ukrayna arasında konkret nəticələrin əldə olunmaması təəssüf doğurur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

media-vuqariskenderov1

Millət vəkili Rusiya və Ukrayna arasında İstanbulda keçirilən görüşü şərh edərək görüşü pozitiv hesab edib:

“Türkiyə artıq özü çox normal şəkildə görüş təşkili üçün ev sahibliyi edə bilir. Rusiya-Ukrayna müharibəsində prinsip etibarilə ən yaxşı nəticələr Türkiyədə baş verən görüşlərdə alınır. Əvvəldən Türkiyə özünün vasitəçilik missiyasını öz üzərinə götürüb və uğurlu platforma kimi İstanbuldan istifadə olunmaqdadır. Bu dəfə də hər iki tərəfin nümayəndələrindən ibarət görüş Türkiyənin vasitəçiliyi ilə baş tutdu”.

Görüşün nəticə vermədiyini vurğulayan deputat görüşdəki kiçik nüanslara toxunub:

“Bu görüşün yekun nəticələrinə baxsaq, müsbət irəliləyişlər əldə olunması hiss olunmadı. Bu görüşdə əsas məsələ humanitar addımlar gündəlikdə idi. Əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olundu. Digər məsələlər isə daha geniş anlamda baxsaq hər iki ölkənin prezidentlərinin görüşündə nəticə əldə olunması üçün real vəziyyət yoxdur. Hazırda isə əsas müzakirə mövzusu həm əsirlərin həm də ölmüş əsgərlərin dəyişdirilməsini təmin etməkdir”.

V. İsgəndərov bu iki ölkə arasında keçirilən görüşlərin nəticəsiz yekunlaşmasının səbəblərini açıqlayıb:

“Bu görüşdə konkret yekun nəticənin əldə olunmamasının səbəbi, əsasən, Rusiya tərəfinin maksimalist tələbləri ilə barışmayan Ukrayna tərəfidir. Ukrayna tərəfi öz şərtlərini irəli sürür və hər iki tərəf qarşı tərəfdən güzəştlər gözləyir və tələb edir. Hələ ki bu güzəştlərin əldə olunması mümkün deyil. Artıq Rusiya Ukraynanın böyük ərazilərini, daha dəqiq desək, 20%-dən çoxunu ələ keçirib. Digər məsə isə odur ki, hələ də görüşlərin gərgin fazası davam edir. Rusiya tərəfi bir neçə günlük atəşkəs təklifi versə də, bu bir neçə gün yalnız ölmüş əsgərlərin dəyişdirilməsi və ya digər kiçik formatlı humanitar məsələləri təşkil edə bilər. Bu isə Ukraynanı qane etmir. Ukrayna tərəfi geniş atəşkəs istəyir. Bu atəşkəs dövründə intensiv danişiqların aparılmasını tələb edir”.

Sonda deputat Tramp-Putin münasibətlərinə toxunaraq Rusiya prezidentinə verilən müddətin davam etdiyini bildirib:

“Trampın Putinə verdiyi 50 günlük möhlət gedir. Bunun isə hansı nəticələrlə bitəcəyini təsəvvür etmək çətindir. Ümumi olaraq vəziyyət ürək açan deyil. Görüşlərin keçirilməsini pozitiv saymaq olar. Böyük nəticələrin əldə olunmaması isə təəssüf doğurur”.

Nurlan Cəfəri

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600