İstanbul diplomatiyasının yeni İMTAHANI: Sülh yoxsa GÖRÜNTÜ?

media-hightechnic-468x90

“Əgər Rusiya və Ukrayna arasında sülh sazişi mümkün olarsa, bu da İstanbulda baş tutacaq”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Rusiya-Ukrayna müharibəsi fonunda İstanbul görüşünün mümkün nəticələrini şərh edib.

Politoloq bildirib ki, bu görüş müharibənin dayandırılmasından daha çox yenə də əsirlərin dəyişdirilməsi və bir sıra məsələlərin müzakirə üçün nəzərdə tutulub:

“Çünki sülhün əldə olunması üçün hələ bir müddət daha lazımdır. Bir müddət öncə ABŞ prezidenti Donald Trampın 50 gün vaxt tanıma bəyanatını hər kəs xatırlayır. Lakin münaqişə tərəfləri həmin vaxtdan sonrakı proseslərə hazırlaşır. Yəni Rusiya bu dövr ərzində daha çox ərazi ələ keçirməyə, Ukrayna isə qarşı tərəfin itkilərini daha da artırmağa çalışacaq”.

Onun sözlərinə görə, burada bəzi məsələlər var:

“Belə ki, Ukraynanın 4 bölgəsinin inzibati sərhədlərinə çıxmaq ehtimalı Rusiya üçün çox aşağıdır, hətta mümkünsüzdür. Nəticədə isə Trampın Kremlə ünvanladığı sanksiyalarının reallaşacağı gözlənilir. ABŞ Konqresi isə Rusiyadan neft alan ölkələrə qarşı sanksiya qətnaməsini müzakirə edir. İstanbul görüşü ilə böyük nailiyyətlər olmasa da, ən azından humanitar sahədə müəyyən irəliləyişlər əldə edilib. Eyni zamanda İranın nüvə məsələsi ilə bağlı da müzakirələr İstanbulda aparılacaq. Ehtimal etmək olar ki, əgər Rusiya və Ukrayna arasında sülh sazişi mümkün olarsa bu da İstanbulda baş tutacaq”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600