İstanbulda 5 min polisin iştirak etdiyi nəfəskəsən əməliyyat – FOTO
Səhər saatlarında Türkiyənin İstanbul şəhərində Terrorla Mübarizə İdarəsinin xüsusi kəşfiyyat dəstəsi tərəfindən “antiterror” əməliyyatı həyata keçirilib.
Yenicag.az xəbər verir ki, əməliyyatın İŞİD və PKK –ya , o cümlədən YDG-H və DHKP-C kimi terror qruplarına qarşı təşkil olunduğu bildirilir. Qeyd edək ki, havadan da helikopterlə dəstək verilən bu əməliyyat zamanı baş verən atışmada 1 terrorçu qadın öldürülüb.
5 min polisin də iştirak etdiyi antiterror əməliyyatı İstanbulun 26 səmtində həyata keçirilib. 70 nəfərin saxlanıldığı bildirilir.
Bundan əlavə Bursa və İzmirdə də buna bənzər əməliyyatların həyata keçirlib.
Xatırladaq ki, Suruç olayından sonra Türkiyədə ictimai-siyasi gərginlik müşahidə olunur.