İstanbulda dəhşət: Altımərtəbəli bina çökdü - Ölən və yaralananlar var - VİDEO

media-hightechnic-468x90

17:40

Türkiyənin İstanbul şəhərində altımərtəbəli 12 mənzilli bina çöküb.

Yenicag.az-ın məlumatına görə, dağıntılar altında qalanlar var.

Hadisə yerində olanların açıqlamasına görə, dağıntılar altında uşaqlar da qalmış ola bilər.

“Bina yaxınlığında uşaqlar oynayırdı. Onlar da dağıntılar altında qalmış ola bilər”, – hadisə şahidi bildirib.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edilib ki, binanın birinci mərtəbəsində dükanlar fəaliyyət göstərirmiş.

***

Son məlumatlara əsasən, dağıntılar altından 4 nəfər yaralı olaraq xilas edilib.

1 nəfərin isə cəsədi dağıntılar altında çıxarılıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600