İstanbulda dəhşət – Daha bir fabrik yanır

Türkiyədə İstanbul vilayətinin Maltepe rayonunda plastik məmulatları istehsalı fabrikində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, yanğın səhər 05:30-da başlayıb. Alışma binanın birinci mərtəbəsində başlayıb və daha sonra üst mərtəbələrə yayılıb.

Hadisə yerinə yanğınsöndürənlər çəlb olunub.

Yanğının başvermə səbəbləri hələlik açıqlanmır.

Qeyd edək ki, ötən həftə Yürkiyənin İstanbul şəhərində dəri məmulatları və poliefir istehsalı zavodlarında da yanöın hadisəsi baş vermişdi.