İstanbulun yeni aeroportundan Bakıya uçuş – QİYMƏT açıqlandı

İstanbulun yeni hava limanından Bakıya aviabiletin qiyməti açıqlanıb.

Yenicag.az xəbər verir ki, hər iki istiqamətdə (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir.

Bakıda da biletlərin satışına artıq başlanıb.

Yeni aeroportdan Ankara və Antalyaya (gediş-dönüş) biletlərin qiyməti isə 59 türk lirəsidir.

Qeyd edək ki, İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək. Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq./Trend/