İstanbul danışıqlarının nəticələri: Kremldən Putin-Zelenski görüşünə rəsmi REAKSİYA
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna danışıqları baş tutub.
Yenicag.az-ın məlumatına görə, danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski “Rossiya 1″ə önəmli açıqlamalar verib.
O bildirib ki, rəsmi Moskva danışıqların təşəbbüskarı kimi ümumilikdə Ukrayna tərəfi ilə görüşün nəticələrindən razıdır.
Medinski in sözlərinə görə, yaxın vaxtlarda Ukrayna ilə 1000-1000 prinsipi ilə genişmiqyaslı məhbus mübadiləsi aparılacaq.
Rəsmi Kiyevin dövlət başçıları səviyyəsində görüş keçirilməsi tələbinin nəzərə alınacağını qeyd edən Medinski Rusiyanın Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb.