“İstəyirlər ki, öz “adamları” deputat seçilsin”

media-hightechnic-468x90

1215Bizi istəməyən beynəlxalq təşkilatlar da, bəzi qonşu və kənar ölkələr də, o cümlədən, daxilimizdə olan müxalifət də bütün güclərini ancaq parlamentə, parlament seçkilərinə hesablayırlar.

Onlar istəyirlər ki, öz “adamları” parlament seçkilərində deputat seçilsinlər və parlamentdə çoxluq təşkil etsinlər.

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti və Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) deputatı Eldar İbrahimov regionumuzda və ümumən dünyada baş verən məlum hadisələr fonunda Azərbaycanda gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində yenidən hansısa ssenarilərin həyata keçirilməsinə cəhd ehtimalının gözlənilən olub-olmadığına aydınlıq gətirərkən bildirib.

“Çünki parlament bütün ölkələrdə olduğu kimi, bizim ölkədə də vacib, belə deyim ki, konstitutsion hüququ olan bir sistemdir, qanunvericilik orqanıdır və bu baxımdan, həmin daxili və xarici qüvvələr də çox çalışırlar ki, parlamentə düşə, orada öz “adamları” vasitəsi ilə çoxluq təşkil edə bilsinlər. Eyni zamanda, məlumdur ki, bizdə mojaritar seçki sistemi olsa da, belə demək mümkünsə, partiya sistemləri olur da. Özünüz də görürsünüz ki, bizim Yeni Azərbaycan Partiyasının parlamentdə nə qədər deputatı var” – deyən E.İbrahimovun sözlərinə görə, amma digər partiyalardan parlamentdə cəmi bir, iki və ən çoxu üç nəfər deputat var:

“Bununla belə, bizdə də az partiya parlamentdə təmsil olunmur. 11 partiya təmsil olunur, bu, heç də az deyil. Ancaq hesab edirəm ki, gələcəkdə, əlbəttə, ola bilər, yəni, Azərbaycanda digər qüvvələr də çalışar ki, parlament seçkilərində uğur edə bilsinlər və bu da əslində təbiidir. Eyni zamanda hesab etmirəm ki, bizim ölkəmizin kənarında baş verən müəyyən hadisələr, Ukrayna hadisələri və digər hadisələr bizdə gedən seçkilərə haradasa bir maneçilik törədə bilsin. Mən buna inanmıram”.

YAP funksioneri qeyd edib ki, çünki Azərbaycanda əmin-amanlıq, sabitlik mövcuddur, Azərbaycan düz yoldadır, Azərbaycanın özünün müstəqil siyasəti var.

“Bu gün bunu açıq-aydın görürük ki, Azərbaycanın müstəqil siyasətini qonşu ölkələr də dəstəkləyir. Rusiya da, İran da, Avropa da, Amerikanın özü də. Hamı çalışır ki, bizimlə düzgün, bərabərhüquqlu münasibətlər qursunlar. Biz heç kəsin daxili işinə qarışmırıq, heç kəs də bizim daxili işimizə qarışa bilməz.

Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycanda bu gün əmin-amanlıq, sabitlik var və bu əmin-amanlıq da, sabitlik də ona əsas verir ki, Azərbaycanda hər hansı bir seçkilərin keçirilməsinə kimlərsə nəsə törədə bilməzlər. Hələlik belə bir şey yoxdur və yaxın gələcəkdə də bunu görmürəm. Bu, əsla ola bilməz” – deyə, YAP rəsmisi daha sonra sözlərinə əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600