!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstifadəyə yararsız kolbasa və sosiskaların satışının qarşısı alındı

!Reklam – Yazi

Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışını təşkil edən Naxçıvan şəhər sakini Cabbarlı Əliəsgər saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Naxçıvan şəhər Əliabad qəsəbəsində həmin şəxsə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa və sosiska aşkar olunaraq götürülüb.

Ekspertizanın rəyi ilə kolbasa və sosiska məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.

Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.

COP29

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv