İstiqaməti dəyişən avtobuslar-Siyahı

media-hightechnic-468x90

79487Bakı-2015 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bəzi sərnişin avtobuslarının hərəkət istiqaməti qısaldılıb, bəziləri isə uzadılıb.

Açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

Zabrat-Maştağa istiqamətindən 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəs. Əfəndiyev küçəsi-“Neftçilər” metrostansiyası-Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq.

139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi-Əfəndiyev küç.-Şərifli küç-Mirzəyev-Q.Qarayev pr. (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası-Əsədullayev küç-Bakıxanov qəs.-Mehmandarov küç-Sülh küç.-“Neftçilər” metrostansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək.

55 saylı marşrutun xətti Sabunçu stansiyası-Əsədullayev küç.-Bakıxanov qəs.-Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək.

93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şossesi- H. Əliyev pr. – Zığ beton yolu – Gəncə pr.- “H.Aslanov” metrostansiyasına qədər təşkil olunacaq.

116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu-Nobel pr.-A.Cəlilov-K.Səfərəliyeva-28 May küç. (S.Vurğun bağının yanı) son dayanacaq.

184 saylı marşrut xətti Bül-Bülə qəs.-Bakıxanov qəs.-Əfəndiyev küç.-Şərifli küç.-Mirzəyev-Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

214-Bakıxanov qəs.-Əfəndiyev küç.-Qəmbərov.-“Neftçilər” metrostansiyası-8 km bazarına qədər təşkil olunacaq.
Ziya Bünyadov prospekti istiqamətindən

11 və 36 nömrəli marşrut xətləri-Q.Qarayev pr.-O. Vəliyev-M. Abbasov-A.Manafov-Q.Qarayev pr.-sonra mövcud xətt üzrə.

82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

207 saylı marşrutun xətti Binə T/M.-Dairəvi yol-Moskva pr.-A.Mustafayev-Z.Bünyadov-Atatürk prospektinə qədər təşkil olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600