İstirahət günü hava necə olacaq?

media-hightechnic-468x90

Yanvarın 26-na gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05