Tramp raketlərin istehsalını artırmaq üçün Pentaqonu və müdafiə şirkətlərini toplayır
ABŞ prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə Pentaqon rəhbərliyini və ən iri Amerika müdafiə şirkətlərini raketlərin və digər sursatların istehsalının sürətləndirilməsi məsələsini müzakirə etmək üçün toplayıb.
Yenicag.az bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp müdafiə sənayesini İranla münaqişə fonunda azalmış ABŞ silah ehtiyatlarını daha tez bərpa etməyə çağırmağı planlaşdırır. Görüşdə ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq, həmçinin Lockheed Martin, RTX, Boeing, L3Harris, Northrop Grumman və Honeywell Aerospace şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Qəzet qeyd edir ki, Pentaqon daha əvvəl istehsalçılarla Patriot və “Tomahawk” raketlərinin buraxılışının artırılması barədə ilkin razılaşmalara nail olub, lakin bu proqramların tam maliyyələşdirilməsi hələ Konqres tərəfindən təsdiqlənməyib. WSJ-nin məlumatına görə, 2027-ci maliyyə ili üçün büdcə layihəsində Müdafiə Nazirliyi 12 növ kritik əhəmiyyətli sursatın, o cümlədən Patriot, Standard Missile və THAAD raketlərinin istehsalının genişləndirilməsi üçün 52,9 milyard dollar vəsait tələb edib.













