İT mütəxəssisi AÇIQLADI: Qlobal İnternet Kəsilmələrinin BİRDƏFƏLİK QARŞISINI NECƏ ALMAQ OLAR?

media-hightechnic-468x90

“Bu cür qlobal fasilələrin təsirinin birdəfəlik qarşısının alınması yalnız asılılığın aradan qaldırılması ilə mümkündür.”

Bu sözləri Yenicag.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib.

Mütəxəssis bir neçə gün öncə Azərbaycanda əksər xəbər saytlarının bir neçə saatlıq giriş məhdudiyyəti ilə bağlı danışıb. E. Abbasov bu problemin həlli yollarını bizimlə bölüşüb:

“Cloudflare kimi yüksək dözümlülüyə malik nəhəng, mürəkkəb qlobal sistemlərdə bu cür genişmiqyaslı problemlərin təkrarlanma ehtimalı həmişə mövcuddur, lakin hadisədən dərhal sonra bu ehtimal kəskin şəkildə azalır. Nasazlığın kök səbəbi (məsələn, konfiqurasiya səhvi) Cloudflare tərəfindən müəyyən edildikdən sonra, şirkət bu səhvin gələcəkdə təkrarlanmaması üçün sistemi yenidən qurur, proqram təminatında dəyişikliklər edir və avtomatlaşdırılmış qoruyucu mexanizmlər tətbiq edir. Buna baxmayaraq, qlobal şəbəkənin mürəkkəbliyi səbəbindən heç bir provayder 100% fasiləsizliyə zəmanət verə bilməz; buna görə də, təkrarlanma riski texnoloji bir reallıq olaraq qalır.”

E. Abbasov qeyd edib ki, bu cür qlobal problemlərin həllinin bir neçə yolu var:

“Bu cür qlobal fasilələrin təsirinin birdəfəlik qarşısının alınması yalnız asılılığın aradan qaldırılması ilə mümkündür. Kritik və yüksək trafikli resurslar üçün ən təsirli həll yolu Multi-CDN (Çoxşaxəli CDN) strategiyasıdır. Bu yanaşmada saytın trafiki bir neçə fərqli provayder (məsələn, Cloudflare və başqa bir CDN xidməti) arasında bölüşdürülür; bu halda, provayderlərdən biri (məsələn, Cloudflare) çökdüyü an, trafik avtomatik olaraq aktiv qalan alternativ provayderə yönləndirilir. Dövlət resursları kimi kritik sistemlər isə əlavə olaraq lokal mühafizə sistemlərindən istifadə edərək trafiki xaricə ötürməməklə tam suverenlik əldə edir, beləliklə, beynəlxalq fasilələrdən tamamilə qorunur (ETX-in təsdiqlədiyi kimi). Bu strategiyalar fərdi saytları və dövlət infrastrukturunu xarici texniki nasazlıqlar və geosiyasi risklərdən müstəqil edir.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa