Nigar: "Bir yerə qədər avtomobil, villa ilə maraq doğura bilərsən, amma sonra..."
“Sənət yoxdursa, tamaşaçı sevgisi də olmayacaq”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Nigar Şabanova “Öz aramızda” verilişində deyib.
O bildirib ki, sənət olmadığı halda, ifaçı müəyyən yerə qədər maşını, villası və digər əşyaları ilə maraq doğura bilər, sonda tamaşaçı onun barəsində qərarını verəcək:
“Mənə görə birinci yerdə sənət gəlir. Əgər sənətin varsa, hər şey qazanacaqsan. Müəyyən vaxt insanlara maraqlı gələ bilər ki, tutalım bu müğənni 1 ilə hansı villanı aldı, 5 ildən sonra hansı avtomobil aldı. Yaxud da, verilişə hansı brend geyimdə çıxdı… Bütün bunlar da bir yerə qədərdir. Yəni sənət yoxdursa, tamaşaçı sevgisi də olmayacaq”.
Nehru













