!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliya gələn il üçün 35 milyard avroluq büdcəni təsdiqlədi

!Reklam – Yazi

İtaliya parlamentinin yuxarı palatası büdcə məsələsində hökumətə etimad göstərib.

Yenicag.az xəbər verir ki, senatorların 107-si bunun lehinə, 69-u əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb.

Beləliklə, İtaliyada növbəti il ​​üçün 35 milyard avroluq büdcə rəsmi olaraq təsdiq edilib ki, bunun da 20 milyard avrodan çoxu enerji qiymətlərinin artması fonunda ailələrə və biznesə dəstək tədbirlərinə yönəldiləcək.

“Mən bunu yerinə yetirilmiş missiya hesab edirəm. Qısa müddətdə tərtib edilmiş büdcə seçicilər qarşısında götürülən öhdəliklərə uyğundur. Birincisi, o, bazarların və Avropa institutlarının etimadını qazandı, indi isə ən əsası parlamentin”, – deyə iqtisadiyyat və maliyyə naziri Cankarlo Corcetti qeyd edib.

Qeyd edək ki, büdcə layihəsinin gec işlənib hazırlanması müxalifət tərəfindən sərt tənqid olunurdu. Layihə baş nazir Corcia Meloninin vəzifəyə gəlməsindən bir ay sonra – noyabrda təqdim edilib. Hökumət sənədi rekord müddətdə işləyib hazırlayıb. Bu il İtaliyada ilk dəfə parlament seçkiləri əsas maliyyə sənədinin qəbulu ərəfəsində – payızda keçirilib./Trend/

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv