Güney Azərbaycana dil uzadan pəhləvilərə - Aygün Attardan ÇOX AĞIR CAVAB

media-hightechnic-468x90

 

Ölkənin çətin günündə quyruğunu qısaraq xaricə qaçan İran Şahının “əlverişli aparat” kimi ABŞ-a sığınan və kürəkəninə görə İsrailə sığınan oğlu Pəhləvinin adamları, Güney Azərbaycanlılar haqqında qaralama kampaniyası aparırlar.

Təbriz başda olmaqla, ölkə boyu türklərdən yetərli dəstək görməyən Pəhləvi və adamları “Traktor” tərəfdarlarına iftira ataraq, onları rejimin provokatorları adlandırmaq hədsizliyində bulunurlar.

“Traktor” tərəfdarlarının milli kimlik və müstəqillik savaşı verdiyi uzun onilliklər ərzində, Amerikanın sosyetik mühitlərində boy göstərib kef çəkən Pəhləvi ailəsindən fərqli olaraq, yüzlərlə, minlərlə Güney Azərbaycanlı edam kürsüsündə ölümü gülərək salamlayırdı!

Molla rejiminin 47 illik hakimiyyəti dövründə Şah ailəsinin İran üçün gördüyü yeganə fəaliyyət, ildə bir dəfə Novruz bayramından sonra “Amerikanın Səsi” radiosunun farsca yayımına qatılaraq yeni il təbriki çatdırmaq olub. Pəhləvi ailəsində həyatını erkən itirən bütün övladlar (yüksək dozada narkotik qəbulu və ya narkotiklə intihar kimi) tamamilə şəxsi problemlərin qurbanı olmuşdular.

Öz ölkəsinə, soydaşlarına və vətəndaşlarına belə “Amerikanın Səsi” vasitəsilə müraciət edən bir şəxsin, 47 il boyunca edam kürsülərindən İranın müstəqillik səsini duyuranlara dil uzatmağa nə mənəvi, nə də hüquqi haqqı var.
Qaçarkən İrandan – xalqın ortaq xəzinəsindən oğurladıqları cəvahiratlar sayəsində Amerikada bir əli yağda, bir əli balda yaşayan Pəhləvi ailəsi indi utanmadan hansı üzlə İrana dönmək istəyir, bilmirəm. Bildiyim tək həqiqət odur ki, çürümüş Molla rejiminin bir an əvvəl çökməsi və yox olması İran üçün ən xeyirlisi olacaqdır. Amma bu rejimin yıxılmasına da, onun yerinə qurulacaq sistemə də qərar verəcək olan İran xalqıdır. Cəfasını çəkənlərin adına qərar vermək İrandan uzaqda səfa sürənlərə düşməz və İran xalqı buna icazə verməz.

“Traktor” tərəfdarlarına və Güney Azərbaycana gəlincə: İranda Molla rejiminə və SEPAH-a rəğmən xalqın səsini, millətin azadlıq arzusunu ortaya qoyan milli azadlıq hərəkatıdır futbol meydanlarından yüksələn o səs! Əsrlər boyu bölgənin hakimi olan türk idarəçiliyinin kütlələrə sirayət edən və qorxmaz şəkildə toplumsal hərəkatın atəşini alovlandıran müstəqillik ruhudur o səs.

Təbrizdən, Ərdəbildən, Urmiyadan yüksələrək Tehran küçələrində yüz minlərlə insanı “Bakı, Təbriz, Ankara!” hayqırışlarına ortaq edən davanın özüdür o səs! Dünyanın dörd bir tərəfində özünə sevgi və qarşılıq tapan milyonlarla soydaşın səsi ilə çox güclüdür o səs!
Pəhləvi və törəmələrinin dil uzada bilməyəcəyi qədər qiymətli olan o səsin — “Traktor”un yanındayıq və ona iftira atanların da qarşısındayıq!
Təbriz gəlini olmağın şərəfiylə, Güneyli-Quzeyli Azərbaycana və haqq davası üçün “Salam, dar ağacı!” deyənlərə sevgilərimlə…

Aygün Attar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa