Zaqatalada minik avtomobili aşıb, ölən və xəsarət alan var
Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosuna bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır./apa












