“Qobu Park”dakı binalarla bağlı yayılan iddialara rəsmi CAVAB

media-hightechnic-468x90

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialar haqda məlumatlara münasibət bildirib.

Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.

“Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür”, – qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa