İtaliyada itlərin hürüşməsi qadağan olundu

media-hightechnic-468x90

img1862365İtaliyanın Kontrone qəsəbəsində bələdiyyə günorta yuxusu zamanı itlərin hürməsinə qadağa qoyub.

media-banner_tuq

Ölkənin cənubundakı Kampania bölgəsində yerləşən Kontrone qəsəbəsində qərar bələdiyyə sədri Nikola Pastorenin əmriylə alınıb.

Sədr günortadan sonra saat 14:00-16:00 arasında sakinlərin dincəlməsi zamanı hürən itlərin sahiblərinə pul cəzası kəsiləcəyi bildirilib. Pul cəzası 25-500 avro arasında dəyişir.

Qərarda “İtlərin sahibləri gecə vaxtı və günorta yuxusu zamanı sakinləri narahat edəcək səslərin qarşısını almalıdır” deyə vurğulanır.

Həmçinin qərarda itlərin tasmalarının uzunluğu en az 5 metr olmalıdır. Açıq havada saxlanılan itlərin yemek və su qablarına rahatlıqla çatmaları üçün şərait yaradılmalıdır.

İtaliyada bir çox bələdiyyələr günorta yuxusu zamanı ev təmirləri və bu kimi səs-küylü işləri də qadağan edib.

Xüsusən də turistik bölgə olmayan balaca kənd və qəsəbələrdə günorta yuxusu zamanı açıq iş yerləri tapmaq da çətindir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05