İtaliyada meşə yanğını: Hava və quru əməliyyatları DAVAM EDİR
İtaliyanın Sardiniya adasında müxtəlif nöqtələrdə baş verən 20 meşə yanğınının söndürülməsi üçün həm havadan, həm də qurudan müdaxilə tədbirləri görülür.
Yenicag.az xəbər verir ki, ən ciddi vəziyyətin adanın mərkəzində yerləşən Barumini bölgəsində yaşandığı, burada alovların kənd təsərrüfatı sahələri və bir sıra fermaları da əhatə etdiyi bildirilib. Alovların təhdid etdiyi bölgələr arasında Barumini, Sindia və San Sperate də var.
Baruminidə iki yanğınsöndürən təyyarə və bir neçə helikopter havadan söndürmə işlərinə cəlb olunub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, çalılıq ərazilərlə yanaşı, kənd təsərrüfatı sahələri də alovların təsiri altındadır.
Yanğınla mübarizə işlərinin, ərazinin relyefi və yanğının yayıldığı sahənin genişliyi səbəbilə çətinliklə aparıldığı qeyd olunub. Hazırda söndürmə əməliyyatları davam edir.