İtaliyadan NATO ilə bağlı qalmaqallı açıqlama

media-hightechnic-468x90

İtaliyanın müdafiə naziri Quido Krosetto NATO sammiti ərəfəsində alyansın gələcəyi ilə bağlı qalmaqallı açıqlama verib.

Yenicag.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Padua Universitetində çıxış edən nazir deyib ki, NATO-nun artıq ayaqda qalmaq hüququ yoxdur, zaman dəyişib.

Krosetto bildirib ki, ABŞ və Avropa Birliyi artıq dünyanın mərkəzi deyil və NATO dəyişən qlobal şərtlərə uyğunlaşmalıdır.

O, alyansı qlobal Cənub ölkələri ilə əməkdaşlığa çağıraraq, yalnız bu yolla sülh və qarşılıqlı təhlükəsizliyin təmin oluna biləcəyini vurğulayıb./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600