İtən deputatlar tapıldı

media-hightechnic-468x90

87415cxvdsRusiya Dövlət Dumasının Antarktidada itən deputatları ilə əlaqə yaratmaq mümkün olub.

Yenicag qafqazinfo-ya istinadən xəbər verir ki, Aleksandr Sidyakin və Oleq Savçenko ilə onların səyahətini təşkil edən tur şirkətinin nümayəndələri telefon vasitəsilə danışıblar.

“Qarşılıqlı əlaqə əldə olunub. Zirvəyə dırmanma cədvələ uyğun olaraq davam etdirilir. Əgər hər hansı fövqəladə vəziyyət yaransaydı sığorta vasitəsilə xilasetmə əməliyyatı aparılardı”-deyə “7 zirvə” tur operatorunun meneceri açıqlama verib.

Qeyd edək ki, daha əvvəl Sidyakinin mətbuat katibi Şklyançuk millət vəkilləri artıq 1 sutkadan çoxdur ki, əlaqənin itdiyi barədə məlumat vermişdi.

Aleksandr Sidyakin və Oleq Savçenko qitənin ən hündür zirvəsi-Vinsona (4897 metr) çıxmaq niyyətindədirlər. Onlar həmin hündürlükdə Rusiyanın bayrağını dalğalandıracaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600